Erməni mətbuatı öz itkiləri barədə məlumat açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Planeta Armeniya” saytı yazıb.
“DQR”in “Müdafiə ordusunun” mətbuat xidmətinin məlumatına əsasən, bütün təmas xətti boyunca ağır döyüşlər gedir və yalnız Azərbaycan tərəfdən olan itkilərdən danışılır, “DQR”in cüzi itkilərinin olduğu bildirilir.
Lakin əslində vəziyyət rəsmi mənbələrin dediyi kimi deyil. Hərbi əməliyyatlar zonasından gələn məlumata əsasən, Azərbaycan ordusu mövqelərimizə fasiləsiz zərbələr endirir. Azərbaycan tərəfi bir istiqamətdə Seysulan və Talış yaşayış məntəqələrini, həmçinin Talış kəndi ətrafında yüksəklikləri, digər istiqamətdə isə Lələiləgi yüksəkliyini ələ keçirib.
Hazırda biz bütün cəbhə boyu artilleriya və zirehli texnikada itkilər veririk. Bizim mənbələrimizin məlumatına görə, zirehli texnikadan təxminən 6 tank və təxminən 12-15 artilleriya sistemi itirmişik.
Yaxın ərazilərdə yaşayan əhali kütləvi şəkildə evlərini tərk edir, bəziləri zirzəmilərdə gizlənilər. Yüzdən çox itki vermişik”, - deyə, erməni saytı yazır.
