Ermənistan silahlı qüvvələrinin işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində Şuşa məscidinə oxşar məscid tikiləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə bildirib.

A.Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: “Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək”.
A.M.