Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə mülki şəxslərə qarşı təxribatlar həyata keçirirlər.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistanın silahlı qüvvələrinin hədəfində hər hansı bir legitim hərbi hədəf yoxdur:
“Onlar uzaqmənzilli raketlərdən də istifadə edirlər. Biz bu əməlləri Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasəti kimi qiymətləndiririk”.
İlhamə Əbülfət