Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
"Aprelin 23-də saat 22:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir".
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır", - məlumatda qeyd olunur.

"Ermənilərin təxribatı" teqi üzrə xəbərlər
- Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub
- Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır
- Rəsmi Bakıdan Kanadanın XİN başçısına sərt tənqid: "Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır"
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib