Rusiya provoslav biznesmeni German Sterliqovun arvadı Alena Sterliqovanın sözlərinə görə, onun əri dağlara ailəsi üçün məskən tapmağa yollanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” yazıb.
Sterliqova bildirib ki, onun əri iyulun 13-də qayıdacaq və hər şeyi izah edəcək, qadın özü isə ailəsinin Rusiyadan Qarabağa köçmə səbəblərini bilmir. “Mənə dedilər ki, hələlik Rusiyaya qayıtmağa dəyməz”, - o əlavə edib.

Qadın hesab edir ki, Dağlıq Qarabağda ailəsi sakit olacaq, axı Avropada “əxlaqsızlıqdır”, Gürcüstanda isə “artıq gey-paradlar keçirilir”.

“Bax, Qarabağ da hələ öz mənəvi dəyərlərini qoruyub saxlayıb. Burada hamı rus dilində danışır. Millət isə o qədər mehribandır ki! Hər şeydə yardım etməyə çalışırlar. Deyirlər ki, biz müharibədən çıxmışıq, ehtiyacın nə olduğunu bilirik, sizi çətinlikdə qoymarıq”, - o deyib.

O həmçinin bəyan edib ki, dağlarda müalicəvi bitkiləri toplamaqla məşğul olmaq mümkündür, məsələn, “Hepatit C”-ni müalicə edən tut kimi.

“Burada Rusiyada olmayan müalicəvi bitkilər var. Məsələn, tut. Onunla “Hepatit C”-ni müalicə etmək olar. Prostatı müalicə edən bitkilər var. Böyrək, ciyər və s. xəstəlikləri müalicə edən otlar var. Bitkilər sahəsində təcrübəm var və bunu bir istiqamət kimi götürmək fikrindəyəm”, - o qeyd edib.