Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Kəlbəcər rayonunda girov götürülmüş iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində işğalçıların keçirdikləri qondarma “məhkəmə prosesi” başa çatıb.
Oxu.Az xəbər verir ki, dekabrın 29-da “hakim” Anatoli Tadevosyan hökm oxuyub.
“Məhkəmənin” qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 illik həbs cəzasına layiq görülüb.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.