Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Baş prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Sahib İsa oğlu Əliyevin Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO
20:25
İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Sahib İsa oğlu Əliyevin minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü S.Əliyev xəsarət alıb.
Araşdırma aparılır.