Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram!
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
View this post on Instagram"Cəbrayıl" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir - Foto
- İşğaldan azad olunmuş ərazilərdə nə qədər əhali qazla təmin olunur?
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
- Xüsusi təyinatlı: "Bir günə 105 kilometr irəliləməyimiz həlledici məqamlardan idi" - Foto/Video
Digər xəbərlər