Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi son oxunuşda qəbul edilib
"Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Oxu.Az xəbər verir ki, prezidentin məktubu ilə Milli Məclisə daxil olan layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.
Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.
Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.
İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.
Zərərçəkmişlərə "Psixoloji yardım haqqında" və "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlara uyğun olaraq, ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.
Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Layihə səsverməyə çıxarılaraq son oxunuşda təsdiqlənib.
Mərahim Nəsib
"Azərbaycan Silahlı Qüvvələri" teqi üzrə xəbərlər
- Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
- Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır
- Tarix yazan polkovnik-leytenantın atası: "O özü şəhadətə ucalana qədər bir şəhid belə verməyib"
- Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Rəylər