Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Moskva Bakı və Yerevana səsləndi: Xalqlarınızı sülhə hazırlayın
Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə iki ölkə əhalisinin sülhə hazırlığı üçün konkret addımlar atmalıdırlar.
Oxu.Az xəbər verir ki, bu haqda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Moskva-Bakı” nəşrinə Milan bəyannaməsində ATƏT Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsi tərəflərinin “iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması” çağırışını şərh edərkən deyib.
“Bu, konkret addımlar kompleksidir və bu addımları işləyib hazırlamaq lazımdır. Bununla ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəstəyilə hər iki ölkə məşğul olmalıdır”, - deyə Zaxarova bildirib.
Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda tərəflərin aktivliyini də şərh edib.
“Əlbəttə, dialoq var. Bu, şübhəsizdir. Bunun üçün heç bir rəsmi bəyanata ehtiyac yoxdur. Çünki aydındır ki, müəyyən sənədlərin və əlaqələrin qəbul edilməsindən sonra dialoq var və o, davam etdirilir. Rusiya tərəfi bizim həmsədr rolundan irəli gələrək başlıca məqsədə nail olunması üçün müsbət, pozitiv dinamikaya dəstək verəcək”, - deyə Zaxarova qeyd edib.
Həmçinin Rusiya XİN-in sözçüsü bildirib ki, bu gün Bakıda baş tutacaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Lavrovun görüşü zamanı Dağlıq Qarabağ məsələsinin həlli də müzakirə olunacaq.
“Dağlıq Qarabağ münaqişəsinin həlli rusiyalı nazirin danışıqları, bölgəyə, Bakıya və Yerevana səfərləri zamanı müzakirə olunan əsas məsələlərdən biri olur. Bu, məsələnin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır. Bu, təbiidir, çünki Rusiya müvafiq prosesin həmsədridir”, - deyə Rusiya XİN-in rəsmi təmsilçisi vurğulayıb.
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı
- Bakıda pişiyi eyvandan salladılar, işgəncə verdilər
- Dünyanın ən bahalı şəhərlərinin son reytinqi: Bakı neçənci yerdədir?
Rəylər