Son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bildirir.
Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli “qaynar xətt” yaradılıb.