Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qafqaz Qartalı - 2024": Xüsusi təyinatlılar zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra etdilər
Ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
"Qafqaz Qartalı - 2024" təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.
"Qafqaz Qartalı - 2024": Xüsusi təyinatlılar zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra etdilər

Ən çox oxunanlar