Təmas xəttində daha iki erməni hərbi qulluqçu yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV Ermənistan Baş Ordu Qərargahının rəisi Movses Akopyana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yaralıların vəziyyəti kafidir.
Təmas xəttində nisbi sakitliyin davam etdiyi bildirilir.
12:26
İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni əsgəri ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvarın 7-də, saat 13:20 ölümcül güllə yarası nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Vaçe Çilinqaryan ölüb.
Hadisənin təfərrüatının aydınlaşdırılması üçün araşdırma aparılır.
E.Ə.
www.oxu.az