Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Sarkisyan bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Son məlumata görə, Azərbaycan ordusu ilə döyüşlər zamanı 18 hərbi qulluqçumuz ölüb, daha 35-i isə yaralanıb”.