Rusiyalı biznesmen German Sterliqov iyulun 16-da Qarabağdan Moskvaya qayıdacaq.
Oxu.Az bu barədə “İnterfaks”a istinadla xəbər verir.
“Mən ədalət məhkəməsindən gizlənmirəm və Qarabağ və Rusiyanın arasında mübahisəyə səbəb olmaq istəmirəm. Mən gedirəm ki, erməni dostlarımı onların cinayətkarları gizlətmək hissindən azad edim.
Mən gedirəm, lazım olsa, məni həbs edəcəklər, həbs etməsələr Qarabağa qayıdacağam və burada kənd təsərrüfatını inkişaf etdirəcəm, xəstəxana, modalar evi açacağıq”, - Sterliqov deyib.
O həmçinin bildirib ki, öncə o, Belarusa getməyi planlaşdırıb.
www.oxu.az