Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.