Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində daha bir nəfər həlak oldu - RƏSMİ+YENİLƏNİB
Bu gün düşmənin Tərtəri atəşə tutması nəticəsində daha bir nəfər həlak olub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu vəfat edib.
15:01
Bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, təxribat zamanı Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı
- 12 il əvvəl Rusiyada adam öldürən azərbaycanlılar HƏBS EDİLDİLƏR