İzmirdə fəaliyyət göstərəcək bu uçuş təlim mərkəzində müttəfiq və dost ölkələr üçün hərbi pilotlar yetişdiriləcək.
Oxu.Az Türk Hava Qüvvələrinin saytına istinadən xəbər verir ki, sözügedən Mərkəzdə Azərbaycan üçün də hərbi pilotlar təlim keçəcəklər.
Mərkəzin açılışında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Pakistan Hava Qüvvələrinin rəisi, ordu general Sohail Aman, Sudan Hava Qüvvələri komandiri, general-leytenant Esam-Aldeen Mobarak Habeeb-Allah İbrahim, Makedoniya Hava Qüvvələri Komandiri Metodija Veliçkovski iştirak ediblər.
Açılış mərasimi ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Pakistan və Türkmənistan arasında Razılıq Memorandumunun imzalanması ilə başa çatıb.