Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarmaq üçün siyasi mübarizəyə və hərbi hərəkata haqqı var.
Bunu Türkiyənin Avropa işləri üzrə naziri Mövlud Çavuşoğlu türk KİV-ə bazar ertəsi verdiyi müsahibəsində bəyan edib. Oxu.Az haqqin.az-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək.
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdardır, amma Azərbaycan işğal edilmiş torpaqlarını həm siyasi, həm də hərbi yolla qaytarmaq hüququna malikdir”, - nazir deyib.
O, həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində daha fəal olmalıdır.