"Bugünkü Zəfər bayramı xalqımızın ən qürurverici günlərindən biridir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Anar Quliyev deyib.
O, 22 ilə yaxın müddətdə Azərbaycan Ordusunda xidmət etdiyini deyib:
"Vətən müharibəsində iştirak etmişəm. Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşam. Orada da yaralanmışam. Müalicə aldıqdan sonra Xocavənd istiqamətində gedən döyüşlərə qatıldım.
Bu qələbənin əldə olunmasında başda Ali Baş Komandan olmaqla şəhidlərimizin, qazilərimizin, xalqımızın birgə həmrəyliyi sayəsində bugünkü gündə Zəfər bayramını böyük coşqu ilə qeyd edirik.
Sentyabrın 27-də başlanmış döyüşdə - düşmənin həmləsinə cavab olaraq Azərbaycan Ordusu yüksək səviyyədə istənilən tapşırığı layiqincə yerinə yetirdi. Ərazilərimiz düşmən tapdağı altından azad olundu.
Millətimizi, dövlətimizi - hər kəsi bu gün münasibətilə ürəkdən təbrik edirəm. Zəfər bizim xalqa, millətimizə yaraşır".
Aygün Mirakif