"Qələbənin qazanılmasında mənim də payım olduğu üçün sevincliyəm".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsinin iştirakçısı Rəsul Səmədov deyib.
O bu gün Zəfər Günü ilə bağlı keçirilən hərbi paradı oğlu ilə birlikdə izləməyə gəldiyini və sevincli olduğunu bildirib.
"44 günlük Vətən müharibəsində mən də hərbi xidmətdə olmuşam. Döyüşdə şəhidlərimiz, qazilərimiz oldu. Amma hər şeyə rəğmən biz bu qələbəyə nail olduq.
Bu gün də Zəfər bayramını qeyd etmək üçün paradı izləməyə gəlmişəm.
Paradı izləmək çox möhtəşəmdir. Qalibiyyəti yaşamaq qürurverici hissdir.
Zəfərin qazanılmasında payımın olması mənim üçün fəxrdir. Fəxr edirəm ki, mən bu orduya xidmət etmişəm.
Oğlumla bir yerdə biz də öz sevincimizi bölüşməyə gəlmişik".
Aygün Mirakif