Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Osman Xəlifə oğlu Rəcəbovla Xaçmaz rayonunun Maqsudkənd kəndində vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, şəhidin nəşi Maqsudkənd kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.