Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür - FOTO
Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görülür.
Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü olub
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub
- Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib