Fevralın 18-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına əsasən, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Respublikası Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner iştirak edib.