Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.



13:19
Oktyabrın 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
A.M.