Azərbaycan respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Z.Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak edəcək.