General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət edilib.
Oxu.Az xəbər verir ki, İkinci Şəhidlər xiyabanında dəfn edilən şəhidlərin xatirələri ailə üzvləri, Müdafiə Nazirliyinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin işçiləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla həmin il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
PhotoStock.az-ın Milli qəhrəmanları ziyarətdən hazırladığı görüntüləri təqdim edirik:
Rəylər