Müzəffər Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları Ermənistan üçün gün keçdikcə rəzalətə çevrilirdi.
Ermənistanın özü haqqında illərlə apardığı təbliğatı, ordusu haqqında yaratdığı mifi Azərbaycan hərbçiləri yerlə-yeksan edirdi.
Hər keçən gün Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan təmizləyirdi.
2020-ci ilin 20 oktyabrı da əlamətdar idi. Düz bir il bundan öncə Zəngilan şəhəri işğaldan azad edilmişdi.
Həmin gün azad edilən digər ərazilərin siyahısını təqdim edirik:
Zəngilan rayonunun Havalı, Məmmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi;
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdurrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhəmədli kəndləri;
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.
View this post on Instagram"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" - Video
- Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb - Foto/Video
- Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Foto
- Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb - Foto
- Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
Digər xəbərlər