Oxu.az Cookie Siyasəti
Bu Kuki Siyasəti (bundan sonra qısaca “Siyasət” adlandırılacaq) GLOBAL MEDİA GROUP tərəfindən idarə olunan internet saytlarını əhatə edir və kukilərin istifadəsi ilə bağlı açıqlamaları əhatə edir. Saytımızdan istifadə etməklə kukilərin bu Siyasətdə göstərilən şəkildə istifadəsinə razılıq vermiş olursunuz.
1. kuki (Cookie) nədir?
Kukilər internet saytına daxil olunduqda ziyarətçinin cihazında (məsələn, kompüter və ya telefon) saxlanılan və ad-dəyər formatında məlumat ehtiva edə bilən kiçik mətn fayllarıdır. Sözügedən mətn faylları onlara giriş imkanı olan brauzer və serverlər tərəfindən oxuna və bu yolla internet saytına girişin həyata keçirildiyi cihaz və dolayısı ilə müvafiq istifadəçi haqqında müxtəlif məlumatlar əldə edilə bilər. Bu gün demək olar ki, bütün saytlarda kukilərdən istifadə olunur.
2. Kuki növləri hansılardır?
a) Sessiya kukiləri: İnternet saytından çıxana qədər cihazlarınızda saxlanılan müvəqqəti kukiləri ifadə edir.
b) Daimi kukilər: Cihazınızın sabit diskində uzun müddət qalan kukiləri və istifadə müddətləri bir neçə gündən bir neçə ilə qədər dəyişə bilər.
c) Zəruri kukilər: İnternet saytının düzgün işləməsi və istifadəçilərin saytda təqdim olunan xidmətlərdən və naviqasiya xüsusiyyətlərindən yararlana bilməsi üçün istifadəsi zəruri olan kukiləri.
d) Funksional və analitik kukilər: Seçimlərinizin yadda saxlanılması, internet saytından səmərəli istifadə edilməsi, saytın istifadəçi tələblərinə cavab verəcək şəkildə optimallaşdırılması kimi məqsədlərlə istifadə olunan və ziyarətçilərin saytdan necə istifadə etdiyinə dair məlumatları əhatə edən kukiləri. Təbiətinə görə bu növ kukilər şəxsi məlumatlarınızı əhatə edə bilər.
3. Kukiləri istifadə məqsədləri
Kukilər;
İstifadəçilərin veb-sayt, mobil tətbiq və/və ya mobil saytdan istifadəsini fərdiləşdirmək üçün istifadə olunur. Bu istifadə;
a. Şifrənizi yadda saxlayan və veb-sayt/mobil tətbiq/mobil sayt sessiyanızın daim açıq qalmasını təmin edən, beləliklə hər səfərinizdə bir neçə dəfə şifrə daxil etmək zərurətindən sizi azad edən kukiləri və
b. Veb-sayta, mobil tətbiqə və/və ya mobil sayta növbəti səfərlərdə istifadəçini xatırlayan və tanıyan kukiləri əhatə edir.
İstifadəçilərin veb-sayta, mobil tətbiqə və/və ya mobil sayta haradan və hansı cihazlardan qoşulduğu, veb-saytda/mobil tətbiqdə/mobil saytda hansı məzmunu görüntülədiyi və ziyarət müddəti kimi veb-saytdan/mobil tətbiqdən/mobil saytdan necə istifadə etdiyinizin müəyyən edilməsi də daxil olmaqla, istifadəçinin veb-sayt, mobil tətbiq və/və ya mobil saytdan necə istifadə etdiyini müəyyən etmək məqsədilə istifadə olunur.
İstifadəçinin maraq dairəsinə uyğun məzmun və reklamların təqdim edilməsi, başqa sözlə, hədəflənmiş reklam və ya tanıtım məqsədilə istifadə olunur.
4. Oxu.az üçüncü tərəf kukilərindən reklam və yenidən hədəfləmə məqsədilə necə istifadə edir?
Oxu.az kukilərdən, həmçinin axtarış sistemlərini, Oxu.az veb-saytını, mobil tətbiqini və ya mobil saytını və/və ya Oxu.az-ın reklam yerləşdirdiyi veb-saytları ziyarət etdiyiniz zaman marağınızı cəlb edə biləcəyini düşündüyü reklamları sizə təqdim etmək məqsədilə istifadə edə bilər.
Bu məqsədlə, sizə xüsusi reklamlar təqdim etmək üçün veb-sayta, mobil tətbiqə, mobil sayta və Oxu.az -ın reklam yerləşdirdiyi veb-saytlara, mobil tətbiqlərə və/və ya mobil saytlara etdiyiniz əvvəlki səfərlərlə bağlı məlumatlardan istifadə edir.
Bu fərdiləşdirilmiş reklamları təqdim edərkən Oxu.az-ın sizi tanıya bilməsi məqsədilə brauzerinizə unikal üçüncü tərəf kukisi yerləşdirilə bilər.
Oxu.az həmçinin Google, Inc. (“Google”) tərəfindən təqdim olunan veb-analitika xidməti olan Google Analytics-dən istifadə edir. Google Analytics kukilərdən istifadəçilərin veb-sayt, mobil tətbiq və/və ya mobil saytdan necə istifadə etdiyini statistik məlumatlar və hesabatlar vasitəsilə təhlil etmək məqsədilə istifadə edir.
5. Kukiləri necə idarə edə bilərsiniz?
İnternet brauzerinizin növündən asılı olaraq aşağıdakı addımları izləməklə kukilər haqqında məlumat əldə edə, onlara icazə vermək və ya rədd etmək hüququnuzdan istifadə edə bilərsiniz:
a) İcazə vermə
Google Chrome: Brauzerinizin “ünvan bölməsində” yerləşən “kilid işarəsinə” və ya “i” hərfinə klikləyərək “Cookie” bölməsindən kukilərə icazə verə və ya onları bloklaya bilərsiniz.
Internet Explorer: Brauzerinizin sağ yuxarı küncündə yerləşən “Tool” və ya “Alətlər” bölməsindən “Təhlükəsizlik” bölməsinə klikləyin və “icazə ver” və ya “icazə vermə” seçimləri vasitəsilə kukiləri idarə edilməsini həyata keçirin.
Mozilla Firefox: Brauzerinizin sağ yuxarı küncündə yerləşən “menyunu aç” bölməsinə klikləyin. “Seçimlər” bölməsinə klikləyərək “Məxfilik və Təhlükəsizlik” düyməsindən istifadə etməklə kukilərinizi idarə edə bilərsiniz.
Digər brauzerlər üçün də (Opera, Microsoft Edge və s.) müvafiq brauzerin yardım və ya dəstək səhifələrinə müraciət edə bilərsiniz.
Safari: Telefonunuzun “Parametrlər” bölməsindən “Safari” bölməsini seçib, “Məxfilik və Təhlükəsizlik” bölməsindən bütün kukilərinizi idarə edə bilərsiniz.
b) Məlumat əldə etmə
Yuxarıda göstərilən seçimlərə əlavə olaraq, bütün çerezlər haqqında məlumat əldə etmək və çerezləri idarə etmək üçün:
* [www.allaboutcookies.org](http://www.allaboutcookies.org),
* [www.youronlinechoices.eu](http://www.youronlinechoices.eu) ünvanlarını ziyarət edə bilərsiniz və ya
* “Privacy Badger” tətbiqindən istifadə edə bilərsiniz.
* Mobil tətbiqlərdə çerez və ya SDK idarəetməsi üçün cihazınızın Məxfilik və ya Parametrlər bölməsindəki təlimatları izləyə və ya Lumen Privacy Monitor tətbiqini telefonunuza yükləyərək istifadə edə bilərsiniz.
c) Rədd etmə
Daimi kukiləri və ya sessiya kukilərini rədd etsəniz, veb-saytdan, mobil tətbiqdən və mobil saytdan istifadə etməyə davam edə bilərsiniz, lakin veb-saytın, mobil tətbiqin və mobil saytın bütün funksiyalarına giriş əldə edə bilməyə və ya girişiniz məhdudlaşdırıla bilər. Mobil tətbiqdə bu vəziyyət dəyişə bilər.
Kukilər və kukilərin idarə edilməsi ilə bağlı daha ətraflı məlumat üçün veb-saytımızda yerləşdirilən “Şəxsi Məlumatların İşlənməsi Siyasəti”ni nəzərdən keçirə bilərsiniz.