Apr
2019
19:56
470
203
2080
Virtual karabakh

Prezidentin 11 ayda gördüyü işlər: Dekabr

7 Apr, 2019
19:56
2080

Prezidentin 11 ayda gördüyü işlər: Dekabr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2018-ci ilin dekabr ayını əhatə edir.

KADR İSLAHATLARI VƏ DƏYİŞİKLİKLƏR

Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları və dəyişiklikləri ilə yadda qalıb. Bunların bir qismi dekabr ayına təsadüf edir.

Belə ki, dekabrda imzalanan müvafiq sərəncama uyğun olaraq, Razim Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Gülağa İslamov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və Şükür Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Digər sərəncama uyğun olaraq, İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa, İlham Əliyevin sərəncamı ilə Tamerlan Qarayev ölkəmizin Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Eyni zamanda, 13 dekabr tarixli sərəncama əsasən, Xələf Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

BÜDCƏDƏN AYRILAN PULLAR

Dövlət başçısı dekabr ayında abadlaşdırma, yenidən qurma işlərinə və qurumlara 130,12 milyon manat pul ayırıb.

Prezidentin sərəncamlarına uyğun olaraq, 

- Xəzər rayonunun üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 5,6 milyon manat;

- Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat;

- 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat;

- Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat;

- Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılmasına 23 milyon manat;

- Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına 40 milyon manat; 

- Tovuzda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 5 milyon manat;

- Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat;

- Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 1,5 milyon manat ayrılıb.

VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?

Sərəncamların icrasına uyğun olaraq, Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi başa çatdırılıb.

Bundan başqa, Ləki-Qəbələ dəmir yolu xəttinin və Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi davam etdirilir.

BAKIDA VƏ REGİONDA AÇILIŞLAR

İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. 

Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib.

O deyib ki, gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək:

“Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilib”.

Bundan başqa, İlham Əliyev dekabr ayında Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda və Milli İncəsənət Muzeyinin üçüncü korpusunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 

Həmçinin, dövlət başçısı Heydər Əliyev adına neft emalı zavodunda bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin, Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının, Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin, Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin və Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışlarında iştirak edib. 

Prezident İlham Əliyev dekabrın 24-də “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub. 

SƏFƏRLƏR

Dekabrın 6-da prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.

Tədbir əsnasında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

YENİ QURUMLARIM YARADILMASI

Prezident İlham Əliyev dekabrın 14-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərman imzalayıb. 

Dekabrın 20-də dövlət başçısının imzaladığı digər fərmanla isə Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi yaradılıb. 

Fərmana əsasən, yeni yaradılan mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

İDMAN DİQQƏTDƏN KƏNARDA QALMADI

Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Prezident İlham Əliyev həmin tədbirdə iştirak edib.

İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin ənənəyə çevrildiyini diqqətə çatdırıb.

SOSİAL SƏRƏNCAM VƏ FƏRMANLAR

İlham Əliyev son bir illik fəaliyyətində bir sıra sosial sərəncamlar imzalayıb. 

Dekabrın 10-da imzalanmış fərman övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. 

Fərman övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə imzalanıb.

Bundan başqa, İlham Əliyev dekabrın 19-da aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

TÜRKİYƏDƏ İLİN DÖVLƏT BAŞÇISI SEÇİLDİ

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.

Bilal Dündar deyib ki, “İlin dövlət başçısı” mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri