19 
Mar
2019
16:26
340
236
4837
Virtual karabakh

Prezidentin son 11 ayda gördüyü işlər: İyun

19 Mar, 2019
16:26
4837

Prezidentin son 11 ayda gördüyü işlər: İyun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir. 

Növbəti yazı 2018-ci ilin iyun ayını əhatə edir.

KADR İSLAHATLARI

Son bir ildə aparılan ciddi kadr islahatlarının bir qismi iyun ayına təsadüf edir. 

Prezidentin imzaladığı müvafiq sərəncamlara əsasən, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vəzifəsindən azad edilib. 

Digər sərəncamlara əsasən, Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı, Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Arif Məmmədov Dövlət Mülki Aviasiya Agentliyinin direktoru və Qüdrət Qurbanov Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.

ABADLAŞDIRMA İŞLƏRİNƏ DAVAM

Prezident İlham Əliyev, ümumilikdə iyun ayında abadlaşdırma və yenidən quruculuq işləri üçün 63,1 milyon manat vəsaitin ayrılması üçün müvafiq sərəncamlar imzalayıb.

 

Bundan başqa, İlham Əliyevin iyunun 27-də imzaladığı sərəncama əsasən, Bakı şəhərinin baş planının hazırlanması ilə əlaqədar 4 milyon manat ayrılıb. 

VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?

Prezidentin bu sərəncamlarına uyğun olaraq, bu il martın 7-də Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. 

Bundan başqa, ötən il iyulun 21-də Maştağa-Nardaran avtomobil yolu, avqustun 25-də Qaraməryəm–İsmayıllı–Şəki–Kəlbənd–Girk avtomobil yolu və avqustun 26-da Dəmirçi-Lahıc avtomobil yolu istifadəyə verilib. 

Dövlət başçısının sərəncamına uyğun olaraq, Qazaxda yol tikintisi davam etdirilir. Belə ki, bu ilin martın 11-də yayılan məlumatlara görə, Ürkməzli-Dəmirçilər avtomobil yolu istifadəyə verilib, Daş Salahlı kəndində isə yeni asfalt yolun çəkilişi davam edir. 

Yeddi yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun da tikintisi davam etdirilir. 

7 NƏFƏR HƏBS EDİLDİ

İyunun 2-də sel nəticəsində çökən Göyçay çayı üzərindəki körpü iyunun 23-də istifadəyə verilsə də, iyunun 30-da yenidən çöküb. Faktla bağlı aparılan araşdırmalar zamanı 7 vəzifəli şəxs həbs edilib.

REGİONLARA SƏFƏR 

Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfər edib. O, səfər çərçivəsində Əliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout və Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının, eləcə də “Region Agropark”ın, “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin və Bayraq Muzeyinin açılışında iştirak edib. 

Daha sonra prezident Naftalan şəhərinə səfər edərək, burada yenicə tikilmiş Şəhər Mərkəzi Xəstəxanasının açılışını edib. 

YENİDƏN METRODA

İlham Əliyev iyunun 7-də Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsində iştirak edib. 

100 İLLİK ORDUNUN PARADI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edib. 

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.

İlham Əliyev paradda çıxış edərək deyib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: 

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.

Bundan başqa, dövlət başçısı iyun ayı ərzində Müdafiə Nazirliyinin iki hərbi hissəsində olub. İyunun 5-də prezident “N” saylı hərbi hissə üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub, iyunun 11-də isə Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışını edib.

DİNİ QURUMLAR DİQQƏTDƏN KƏNAR QALMADI

Prezident İlham Əliyev iyun ayında Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

 

Bundan əlavə, İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib və Azərbaycan xalqını müqəddəs ay münasibətilə təbrik edib. 

ÇOXDAN GÖZLƏNİLƏN LAYİHƏNİN AÇILIŞ MƏRASİMİ

Azərbaycan prezidenti TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gedib.

Həmin gün Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edən İlham Əliyev bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

“Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

RUSİYAYA SƏFƏR 

Prezident İlham Əliyev iyunun 12-də Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər çərçivəsində İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib. 

Daha sonra Azərbaycan prezidenti iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri