11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2018-ci ilin iyun ayını əhatə edir.
KADR İSLAHATLARI
Son bir ildə aparılan ciddi kadr islahatlarının bir qismi iyun ayına təsadüf edir.
Prezidentin imzaladığı müvafiq sərəncamlara əsasən, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vəzifəsindən azad edilib.
Digər sərəncamlara əsasən, Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı, Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Arif Məmmədov Dövlət Mülki Aviasiya Agentliyinin direktoru və Qüdrət Qurbanov Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.
Prezidentin son 11 ayda gördüyü işlər: İyun
İlham Əliyev paradda çıxış edərək deyib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq:
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.
Bundan başqa, dövlət başçısı iyun ayı ərzində Müdafiə Nazirliyinin iki hərbi hissəsində olub. İyunun 5-də prezident “N” saylı hərbi hissə üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub, iyunun 11-də isə Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışını edib.
DİNİ QURUMLAR DİQQƏTDƏN KƏNAR QALMADI
Prezident İlham Əliyev iyun ayında Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.