Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir.
Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncama uyğunlaşdırmaq tapşırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar