"Burada çıxış edən idmançıların gələcəkdə Olimpiya Oyunlarında ölkələrini layiqincə təmsil edəcəklərinə inanıram".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının açılış mərasimində deyib.
O, idmançılara uğurlar arzulayıb:
"Həmçinin yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə yüksək minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevə minnətdarıq".
Qaynar xətt:
(055) 224 12 12