Bu gün Gürcüstan Parlamentinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidənin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, Gürcüstan Parlamentinin deputatı Savalan Mirzoyev 11 məntəqədə müşahidə apardıqlarını bildirib.
“Hər məntəqədə seçkilərin şəffaf şəraitdə keçirildiyi seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu. Həmçinin, bizimlə tərəfdaş digər müşahidəçi missiyası olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdilər ki, həm seçicilər, həm müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb”.
S.Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaşlardan biridir:
“Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.
Gürcüstanlı müşahidəçilər: “Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi”