Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara təbrik ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz “İnstagram” hesabında yazıb:
“Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!
Tanrı sizi və doğmalarınızı qorusun!
Sevgilərlə,
Mehriban”
Посмотреть эту публикацию в Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
- İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - Foto - Video
- "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı -VİDEO
- "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" - VİDEO
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO/VİDEO
Digər xəbərlər