Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edən bəyanat yayıb.
“Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq” - bəyanatda deyilir.
Bəyanatda həmçinin Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu qeyd olunur.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Fatih Birol "Dostluq" ordeni ilə təltif edildi
- Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
- Yalçın Rəfiyev: "Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir"
- Səməd Bəşirli: "Son illər BMT ilə birlikdə 142 milyon dollarlıq layihələr icra edilib"
- BMT Trampın qərarına görə humanitar missiyaları azaldır