Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mahir Yolçuyev: “Bu ilin səkkiz ayı ərzində “e-qanun.az” saytına səkkiz milyon baxış olub” - FOTO/VİDEO
Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların vahid elektron bazası olan “e-qanun.az” saytı istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, sayt əhalini hüquqi aktlar barədə məlumatlandırmaq, onların mətni ilə rahat tanış olmaq və onları asanlıqla əldə etmək, insanların hüquqi biliklərini artırmaq məqsədi ilə 2006-cı ildən hazırlanır. Yarandığı vaxtdan etibarən sayt ödənişsiz fəaliyyət göstərir.
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev jurnalistlərə açıqlamasında bildirib ki, bu saytı ölkə üzrə istifadəyə verilmiş ilk informativ elektron xidmətlərdən hesab etmək olar:
“Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul olunduqdan sonra onun tələblərinə uyğun olaraq, 2011-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (huquqiaktlar.gov.az) hazırlanaraq istifadəyə verilib. Hüquqi Aktların Dövlət Reyestrinin “e-qanun.az” saytından fərqi odur ki, reyestrə daxil edilmiş hüquqi aktların mətnləri istinad üçün rəsmi mənbə hesab olunur.
Hər iki elektron sistemin əhəmiyyəti nəzərə alınaraq ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarında onların təkmilləşdirilməsi üzrə tapşırıqlar verilib.
Bu tapşırıqları rəhbər tutaraq “e-qanun.az” və Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının əsasında, hər iki sistemi özündə birləşdirən hüquqi aktların vahid elektron bazasının daha təkmil və çoxfunksiyalı versiyası hazırlanıb və 2021-ci ilin mart ayından istifadəyə verilib”.
Mahir Yolçuyev hüquqi aktların vahid elektron bazasında 50 minə yaxın sənəd olduğunu deyib.
O bildirib ki, həmin sənədlərin mətnləri ilə tanış olmaq üçün hər il bu sayta istifadəçilər tərəfindən milyonlarla giriş və baxış həyata keçirilir:
“İldən-ilə giriş və baxışların sayında artım müşahidə olunur. Məsələn, girişlərin sayı 2019-cu ildə iki milyon, 2020-ci ildə iki milyondan çox, 2021-ci ildə üç milyona yaxın olub, bu ilin səkkiz ayı ərzində isə artıq bu rəqəm iki milyona çatıb.
Artım tendensiyası baxışların sayında da mövcuddur. Belə ki, sayta baxış sayı 2019 və 2020-ci illərdə müvafiq olaraq doqquz milyonu, bu ilin səkkiz ayı ərzində isə artıq səkkiz milyonu ötüb. İlin sonuna qədər 10 milyona çatacağı proqnozlaşdırılır”.
M.Yolçuyev qeyd edib ki, bu il ərzində “e-qanun.az” saytına girişlərin 90 faizi Azərbaycandan olub:
“Daha 10 faizi isə digər - Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və s. - ölkələrdən qeydə alınıb.
Bundan başqa, istifadəçilər tərəfindən hansı sənədlərə daha çox baxış keçirilməsi barədə də məlumat əldə etmək mümkündür. Ən çox baxılan sənədlər Əmək, Cinayət, İnzibati Xətalar, Mülki məcəllələr, Konstitusiyadır. Bu statistika hər gün dəyişə bilər”.
Könül Cəfərli
"Almaniya" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər