14 
İyl
2023
17:16
145
7
593
Virtual karabakh

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO

14 İyl, 2023
17:16
593

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri Şəhidlər xiyabanlarına gedərək Tovuz döyüşləri, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.

Həmçinin, hərbi qulluqçular şəhidlərimizin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri