14 
İyl
2023
13:12
40
36
489
Virtual karabakh

Deputat: “Dünya ictimaiyyəti törədilmiş qətliamları unutmamalıdır”

14 İyl, 2023
13:12
489

Deputat: “Dünya ictimaiyyəti törədilmiş qətliamları unutmamalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş  soyqırımı 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar  qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilib. İyul ayının 11-dən başlayaraq bir neçə gün Bosniya və Herseqovina tarixinə qanlı hərflərlə yazılıb. Həmin günlərdə Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya və Herseqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır”.

Bunu Oxu.Az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Bosniya və Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən əsası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı, Srebrenitsa faciələrini yaşamalarıdır:

“Bu baxımdan 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi. 

Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir”.

Deputat bildirib ki, Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir:

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.

Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Herseqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir. 

Təsadüfi deyil ki, ölkəmiz ötən müddət ərzində Bosniya və Herseqovinanın bir neçə şəhərində mühüm infrastruktur layihələri həyata keçirib. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə  Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Eyni zamanda Banya Luka şəhərində tibbi mərkəz yaradılıb, Sarayevoda tibb müəssisəsi təsis edilib. Çətin pandemiya dövründə də Azərbaycan dostu və tərəfdaşı olan Bosniya və Herseqovinaya həm tibbi, həm də humanitar yardımlar edib”.

M. Əfəndiyev qeyd edib ki, cari ilin 3 mart tarixində Bosniya və Herseqovina Rəyasət Heyəti sədrinin Azərbaycana, daha sonra 13 aprel 2023-cü il tarixində Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri bu günə qədər iki ölkə arasında formalaşmış əməkdaşlığın məntiqi davamı, açıq təzahürü, eləcə də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfərlərindən idi:

“Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına yeni zəmin yaratdı.

Bu proseslərdə hakimiyyətin əsas qollarından olan Parlament də mühüm rol oynayır. Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burda danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Herseqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha  da dərinləşməsinə çalışmaqdadır.

Azərbaycan həqiqətlərinin Bosniya və Herseqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir”.

Deputat sonda qeyd edib ki, bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək BMT-nin regionda sülh və təhlükəsizliyin təmin olunmasına dair qətnamələrini yerinə yetirən yeganə dövlətdir:
 
“Beləliklə Şuşaya yenilməz, üçrəngli Azərbaycan Bayrağının sancılması ilə bu günədək baş vermiş müharibələrdə canını fəda edərək şəhid olmuş qəhrəmanlarımızın qanları yerdə qalmadı, haqq və ədalət bərqərar oldu”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri