2 
Sen
2023
11:35
41
15
1063
yuxarı
“Azərbaycan dili və ədəbiyyatı” forumunun ikinci günü başlayıb - FOTO
2 Sen, 2023
11:35
1063
41
15
“Azərbaycan dili və ədəbiyyatı” forumunun ikinci günü başlayıb - FOTO
Ölkədə ilk dəfə keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunun ikinci günü başlayıb.
Oxu.Az-ın məlumatına görə, forumun ikinci günü “Gülüstan” sarayında keçirilir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumu Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir.
Forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, forumun ilk günü Şamaxı şəhərində baş tutub.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət