Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyadan Xankəndiyə göndərilmiş humanitar yardım Ağdam yolundan keçəcək - FOTO/VİDEO
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 tır ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün 09.09.2023 tarixində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində, Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə yolundan istifadə etməklə Ağdam və Əsgəran istiqamətində hərəkət edəcək.
Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcəkdir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
- Ağdamda ağır xəstə özünü öldürdü
Rəylər