21 
Sen
2023
23:28
419
14
2135
Virtual karabakh

Tahir Gözəl: “Qalib gəldik və sevincimizi ölkəmizə həsr edirik”

21 Sen, 2023
23:28
2135

Tahir Gözəl: “Qalib gəldik və sevincimizi ölkəmizə həsr edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əvvəlcə, Allah şəhidlərimizə rəhmət eləsin. Yaxşı oyun göstərdik. Bu gün bizə qələbə lazım idi. Qalib gəldik və sevincimizi ölkəmizə həsr edirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveçin “Molde” klubuna 1:0 qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

O, Norveç təmsilçisinin qapıçısının yaxşı oynadığını söyləyib:

“Rəqib qapıçını təbrik edirəm. Çox yaxşı oynadı. Amma istənilən halda, biz qələbəmizi qazandıq”.

Klub rəhbəri “Qalatasaray” “Molde” ilə oyunlarda əziyyət çəkdi, amma “Qarabağ” norveçlilərdən çox üstün oynadı. Sizcə, rəsmi matç olsa, “Qarabağ” “Qalatasaray”ı keçər?” sualına klub rəhbəri belə cavab verib:

“Onlarla qeyri-rəsmi matçda oynamışıq, amma heç bir komanda tam güc sərf etmədi. İstəyərəm ki, onlarla rəsmi görüşdə üz-üzə gələk. Buna hazırıq”.

Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Demirspor” klubuna keçidindən də danışıb:

“Bu gün Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddin özəl insan idi, onun özünəməxsus dəsti-xətti var idi”.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri