26 
Sen
2023
00:43
114
378
9787
Virtual karabakh

Bakıdan Xankəndiyə tibbi yardım göndərilib - YENİLƏNİB + FOTO/VİDEO

26 Sen, 2023
00:43
9787

Bakıdan Xankəndiyə tibbi yardım göndərilib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

25 sentyabr, 23:40

Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.

“Report” xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri