25 
Okt
2023
15:40
102
7
900
Virtual karabakh

“Regional əməkdaşlıq sayəsində Fransanın Qafqaza müdaxiləsinin qarşısını almaq lazımdır” - RƏY + FOTO

25 Okt, 2023
15:40
900

“Regional əməkdaşlıq sayəsində Fransanın Qafqaza müdaxiləsinin qarşısını almaq lazımdır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regional əməkdaşlıq sayəsində kənar güclərin, o cümlədən Fransanın regiona müdaxiləsinin qarşısını almaq lazımdır”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Fransanın bölgəyə soxulmaq cəhdi “3+3” platforması üçün müəyyən qədər təhdid ola bilər:

“Xüsusilə, nəzərə almaq lazımdır ki, bu, təkcə mülki xarakterli addım deyil. Fransanın regiona soxulması həm də bu dövlətin öz strateji maraqlarından xəbər verir. Odur ki, məhz regional əməkdaşlıq sayəsində Fransanın bu cəhdlərinin qarşısını almaq lazımdır”.

O bildirib ki, bu, qlobal təhdidlərin qarşısının alınması baxımından da effektivdir:

“Bunun əsas səbəbi Ermənistan, İran və Gürcüstanın zaman-zaman nümayiş etdirdiyi tərəddüddür. Amma “3+3” layihəsi istiqamətində atılan addımlar kifayət qədər rentabellidir. Altılıq platformasının möhkəmlənməsi ehtimalı indiki məqamda kifayət qədər yüksəkdir. Gürcüstan əməkdaşlıq yolunu tutsa, Rusiya ilə münasibətləri düzəltsə, ağıllı davranmış olar. Bu, Gürcüstan üçün ideal şansdır. Cənubi Qafqazda regional əməkdaşlıq platforması yaranıb. Buraya təkcə iqtisadi əməkdaşlıq yox, həm də regional təhlükəsizliyin təmin olunması daxildir”.

Ə.Əlibəyli söyləyib ki, Gürcüstanın Rusiya faktorunu bəhanə etməsi başadüşülən deyil:

“Ən azından ona görə ki, bu platformada iki qonşu ölkə - Azərbaycan və Türkiyə də - təmsil olunur. Rəsmi Tbilisinin həm Bakı, həm də Ankara ilə iqtisadi əlaqələri var. Ümumiyyətlə, altılıq platforması region ölkələrinin hər birinin xeyrinədir. Rusiya və Türkiyə bu yolla kənar güclərin regiona soxulmasının qarşısını ala bilər. Azərbaycan üçün “3+3” platformasının əsas əhəmiyyəti Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qoruyub-saxlamaqdır. Bu, həmçinin, Ermənistan və İran üçün də vacibdir. Çünki Qərb artıq Ermənistanın sərhədinə gəlib çıxıb”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov dünən, oktyabrın 24-də BBC radiosunun canlı efirində Cənubi Qafqaz ölkələrinin regional məsələlərin həllində əsas rol oynamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, kənar oyunçuların regiona müdaxiləsinin qarşısını alacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri