Noy
2023
15:22
83
9
596
Virtual karabakh

Nazir: “Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası sülhə xidmət etmir”

6 Noy, 2023
15:22
596

Nazir: “Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası sülhə xidmət etmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası aparması sülhə xidmət etmir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə görüşdə deyib.

C.Bayramov ölkəmizin 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.

O, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyini bildirib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri