30 
Noy
2023
10:46
7
47
636
Virtual karabakh

Ukraynalı ekspert: “Müharibə xəbərləri təsdiq edilməmiş mənbələrə istinadən yayılır”

30 Noy, 2023
10:46
636

Ukraynalı ekspert: “Müharibə xəbərləri təsdiq edilməmiş mənbələrə istinadən yayılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna ilə Rusiya arasında sülh danışıqları xəbərləri təsdiq edilməmiş mənbələrə istinadən yayılır. Amma Ukraynanın tərəfdaşı olan ölkələrdən heç biri yüksək səviyyədə rəsmi Kiyevin sülh danışıqlarının aparılması və müharibənin “dondurulması” ilə bağlı siqnallar verdiyini təsdiqləməyib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında ekspert Aleksandr Kovalenko bildirib.

“Digər tərəfdən, Ukraynaya silahların tədarükü prosesində ləngimələr müşahidə olunur. İlk növbədə buna səbəb odur ki, Ukraynaya silah tədarük edən tərəfdaş ölkələrin əksəriyyətində seçkiqabağı təşviqat kampaniyasına start verilib. Yaxud bəzi ölkələrdə seçkilər artıq keçirilib və hakimiyyətə gələn yeni siyasi qüvvələr Ukraynaya silah tədarükünü və ya öz ölkələri vasitəsilə Ukraynaya silahların tranzitini dəstəkləmir. Buna misal olaraq Slovakiyanı göstərmək olar. Bu ölkədə hakimiyyətə rusiyayönümlü Robert Fitzo gəlib. Doğrudur, o, ehtiyatlı bəyanatlar verir”, - deyə Kovalenko vurğulayıb.

O, həmçinin qeyd edib ki, ABŞ təkcə Ukraynaya deyil, həm də İsrail və Tayvana yardım paketini ləngidir:

“Əlbəttə ki, buna səbəb qeyd etdiyimiz kimi, ABŞ-də seçkiqabağı vəziyyətdir. Əslində, dekabrın sonunda bununla bağlı hər şeyə aydınlıq gələcək. ABŞ Konqresində bununla bağlı müvafiq bəyanatlar verilir. Odur ki, burada söhbət Ukraynaya yardımın dayandırılması və ya azaldılmasından getmir. Yəni Ukraynaya silah tədarükü ilə bağlı yalnız ləngimələr mövcuddur. Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyətə gəldiyi ölkələrdən isə daha artığını gözləməyə dəyməz. Əsas məsələ odur ki, belə ölkələr bu məsələdə həlledici rol oynamır”, - deyə ekspert vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri