Rusiya Yaxın Şərqdə İsrail, "Hizbullah" və İran arasında qaçılmaz olaraq baş verəcək böyük müharibəyə cəlb oluna bilər.
Oxu.Az xəbər verir ki, bu xəbərdarlığı "Forbes"ın baş redaktoru Stiv Forbs edib.
"İsrail, "Hizbullah" və İran arasında böyük müharibə gedir. Toqquşma qaçılmazdır", - deyə o yazıb.
Eyni zamanda, Forbs hesab edir ki, bu münaqişə tez bir zamanda genişlənəcək və nəinki ABŞ, hətta Rusiya da bu münaqişəyə cəlb oluna bilər. Bu gün yeganə sual bunun nə vaxt baş verəcəyidir.
"Bu, tezliklə və ya bir az sonra baş verə bilər", - deyə jurnalist hesab edir.
Eyni zamanda, münaqişənin əsas nöqtəsi cənubunda "Hizbullah" mövqelərinin yerləşdiyi İsraillə Livan arasındakı sərhəd olacaq.