Dek
2023
16:44
62
14
556
Virtual karabakh

Qərbi Azərbaycan İcması: “Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir”

1 Dek, 2023
16:44
556

Qərbi Azərbaycan İcması: “Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir”.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqı nümayəndə heyətinin ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb:

“Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.

Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri