Dek
2023
18:52
57
11
549
Virtual karabakh

COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır - RƏY + FOTO

1 Dek, 2023
18:52
549

COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan COP28 sammitində iştirak etməklə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə götürdüyü öhdəliyə əsasən, son illər bu istiqamətdə, xüsusən yaşıl enerji sektorunda gördüyü işlərlə bağlı dünya ictimaiyyətinin diqqətinə bütün layihələr haqqında məlumatları çatdırmaq imkanı əldə edəcək. COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır”.

“Report” xəbər verir ki, bunu “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də Azərbaycanın da öz pavilyonu ilə təmsil olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, torpaqlarımız illərlə işğal altında olduğu müddətdə Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə böyük ziyan vurulub.

“Bu sammitdə sözügedən zərərin aradan qaldırılması üzrə də Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdimatlar etmək imkanı olacaq. Azərbaycan konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklər əsasında 2030-cu ilə qədər ümumi enerji istehlakında alternativ enerjinin payının 30 faizə qədər artırılması üzrə şərti öhdəlik götürüb. 1990-cı illərdə alternativ enerjidən ümumiyyətlə istifadə olunmurdusa, artıq son illərdə biz bu nisbətdə bir qədər irəliləyiş əldə etmişik. Hətta Azərbaycan enerji ixracatçısı ölkəsinə çevrilməyi də öz üzərinə hədəf kimi qoyub. Bu, bir öhdəlik deyil, sadəcə olaraq Azərbaycan bununla bağlı qarşısına hədəf qoyub. Regionda və dünyada yaşıl enerjiyə tələbat var. Azərbaycanın da coğrafi şəraiti, təbii potensialı bizə imkan verir ki, alternativ enerji ilə həm daxili tələbatımızı, həm də ixrac imkanımızı genişləndirək. Bunun texniki-iqtisadi əsaslandırılması artıq hökumətə təqdim edilib. Ümumi götürdükdə bu region üzrə Qara dənizin altından keçəcək enerji ixrac xətti nəzərdə tutulur. O xəttə bizim ölkə də qoşulub, bu, ölkəmizin enerji ixracatçısına çevrilmək planında var”, - A.Məmmədov bildirib.

Qeyd edək ki, noyabrın 30-da Dubayda start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 dekabrın 12-nə qədər davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri